Tovuz döyüşlərində şəhid olanların anım mərasimləri keçirildi – Fotolarbackend

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tapşırığa əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini  ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

İctimai.az