Tovuz stadionunda işıq dirəyi aşıb, “Araz-Naxçıvan”la oyun dayandırılıbbackend

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

Oxu.Az-ın məlumatına görə, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb.