Tovuz rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, dağlıq ərazidə, su arxının kənarında moruq yığan qadını ilan sancıb.
Hadisə rayonun Vahidli kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Xanım Mehdiyeva xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.