Tovuzda piyadanı avtomobillə vuran şəxs polis polkovnikidirbackend

Tovuzda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.

Məlumatlara görə, o, idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.