Toy və ad günü məclislərinin keçirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

“Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz:

“Hazırda ad günü, toy keçirmək qadağandır. Əgər kimsə bunu edirsə, o deməkdir ki, qaydaları pozur”.

Jurnalistlərin avtobusda yaşanan sıxlıqla bağlı sualına isə Ş.Mövsümov belə cavab verib:

“Əgər hansısa polis əməkdaşı deyirsə, “sıxlaşın, iki nəfər də minsin”, əlbəttə, o düz etmir”.