Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
“Mercedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.
Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.
Onların gəlinin bibiləri olduğu bildirilib.
Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.
Faktla bağlı araşdırma aparılır.