Toyda iştirak edən daha 17 nəfər cərimələndi – Fotolarbackend

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin məclisdə iştirak edən digər şəxslər polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə ediliblər.

Cəzalandırılanlar arasında tanınmış şəxslər də var. Belə ki, məclisə qatılan müğənni Azad Şabanov, fotoqraf Rəşid Cəbrayılov, saksafonçu Teymur Süleymanbəyli də cərimə olunublar.

İctimai.az