Toyda tərəflər arasında dava çıxdı: 9 yaralıbackend

Türkiyənin Pendik şəhərində şadlıq sarayında balaca uşaqlar arasında çıxan davada ailələr qarışıb.

Hadisə bu günlərdə Pendikdə şadlıq sarayında baş verib. İddialara görə, şadlıq sarayında olan azyaşlı uşaqların ailələri davaya qarışanda iş qızışıb. Tərəflər bir-birinə hücum edərkən şadlıq sarayı bir-birinə soxulub. Şadlıq sarayında başlayan dava şadlıq sarayından kənara da yayılıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Davada bəziləri əllərindən, bəziləri bədənlərindən, bəziləri isə başlarından olmaqla ümumilikdə 9 nəfər yaralanıb.

Mənbə: İHA

İctimai.az