Toydan çıxan müəllimi avtomobil vurdubackend

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı piyada yolun kənarı ilə hərəkət edirdi:

“VAZ-2107 markalı avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyadanı vurub. Hadisə nəticəsində piyada yüngül xəsarət alıb. Ona yerindəcə ilkin tibbi yardım edilib, daha sonra avtomobilin sürücüsü piyadanı xəstəxanaya çatdırıb”.