Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Emil Əzizov gecə saatlarında idarə etdiyi “Mercedes” markalı avtomobili hasara çırpıb. Daha sonra avtomobildə yanğın başlayıb və o yanaraq ölüb.
E.Əzizovun Ağcabədi rayonundan toydan qayıtdığı zaman hadisənin baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.