Tramp ABŞ-da TikTokun taleyinə nə vaxt qərar verəcəyini açıqladıbackend

ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ABŞ-da TikTok sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətində olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.

“Bir çox insan mənimlə TikTok əldə etmək məsələsini müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəm. Bunu etmək üçün 90 günüm var, biz TikTok-u xilas edə bilərik, düşünürəm ki, bu, yaxşı olardı”, – Amerika prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, o, ölkə üçün nəyin yaxşı olduğuna görə sosial şəbəkəni satmaq və ya bağlamaq hüququna malikdir.

Mənbə: TASS