Tramp ABŞ-ı axmaqlar ölkəsi adlandırıbbackend

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, amerikalılar axmaqlar ölkəsi olmaqdan yorulublar.

O, bu barədə jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Onun fikrincə, Birləşmiş Ştatlar “axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsinə” çevrilib.

Tramp həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenin siyasətini tənqid edib və ABŞ-ın normal inkişafına imkan vermədiyi üçün onu “axmaq əclaf” adlandırıb.

Həmin müsahibədə Tramp ABŞ-da onu “Rusiyanın dostu” adlandıran insanları “xəstə” adlandırıb. O xatırladıb ki, məhz onun prezidentliyi dövründə “Şimal axını 2” qaz kəmərinin tikintisinin qarşısı alınıb.