ABŞ Prezidenti Donald Tramp TruthSocial sosial media platformasında yazıb ki, ABŞ “dünya sülhünə zəmanət verə bilən” “dünyada yeganə gücdür”.
Tramp qeyd edib ki, “Biz dünyada dünya sülhünə zəmanət verə bilən yeganə gücük. Və bu, sadəcə güc yolu ilə əldə edilir”.
Tramp həmçinin yazıda NATO-nun baş katibi Mark Hutte ilə telefon danışığı apardığını və “Qrenlandiyanın milli və qlobal təhlükəsizlik üçün çox vacib olduğunu” “aydın şəkildə” bildirdiyini yazıb. Tramp vurğulayıb ki, ABŞ “bütün dünyada ən güclü ölkədir” və “bunun çox hissəsi ilk müddətində hərbi gücümüzün bərpası ilə bağlıdır”.















