ABŞ-ın keçmiş prezidenti Donald Tramp siyasi rəqiblərinin ABŞ Konstitusiyasının 14-cü Düzəlişindən istifadə edərək seçkilərdə iştirakının qarşısını almaq mümkünlüyü ilə bağlı açıqlamalarını siyasi rəqiblərinin hiyləsi adlandırıb. Bu barədə Trampın sosial şəbəkədəki səhifəsinə istinadən TASS məlumat yayıb.
Trampın sözlərinə görə, demək olar ki, bütün ekspertlər 14-cü düzəlişin heç bir hüquqi əsası və 2024-cü il prezident seçkiləri ilə əlaqəsi olmadığı qənaətində idi. Buna görə də keçmiş prezidentin fikrincə, 14-cü düzəlişə istinadlar yenidən “seçkiləri oğurlamaq” üçün “radikal sol kommunistlərin, marksistlərin və faşistlərin” növbəti hiyləsidir.
Tramp bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden ədalətli və azad seçkilərdə qalib gəlmək iqtidarında deyil.
Mənbə: TASS

