ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika mediasında Ukrayna ilə bağlı neqativ başlıqlara diqqət çəkərək, Ukraynada işlərin pis getdiyi bəlli olur. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Tramp Texasda tərəfdarları ilə görüşündə deyib.
O, hazırkı vəziyyəti Amerika qoşunlarının Əfqanıstandan çıxarılması dövrü ilə müqayisə edib, o zaman mediada bu əməliyyatla bağlı yalan məlumatlar yayılıb.
“Heç kim Əfqanıstandan danışmır. Diqqət etdinizmi, onlar artıq Ukrayna haqqında danışmırlar. Çünki işlər yaxşı getmir və onlar yaxşı getməyən şeylər haqqında danışmırlar”, – Tramp bildirib.
Mənbə: RİA Novosti

