Tramp Ağ Evi tərk etmə şərtini irəli sürübbackend

ABŞ Prezidenti Donald Tramp Seçici kollegiyasının rəqibi Co Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat verib.

“Əlbəttə ki, siz bunu onsuz da bilirsiniz”, – deyə D.Tramp jurnalistlərin qarşısında çıxış edərkən bildirib.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, C.Baydenə səs verənlər səhvə yol verib.

D.Tramp məğlubiyyəti etiraf etməyin çox çətin olacağını da bildirərək əlavə edib ki, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində kütləvi saxtakarlıq baş verib.

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin son nəticələri hələ rəsmi açıqlanmayıb.

Lakin mətbuatın proqnozlarına əsasən, demokratların namizədi C.Bayden səs çoxluğu qazanaraq, ABŞ-ın növbəti prezidenti seçilib.

Artıq bir çox dünya liderləri C.Baydeni bu münasibətlə təbrik ediblər.

İctimai.az