ABŞ Avropa mallarına “əhəmiyyətli” tariflər tətbiq edə bilər.
“Bloomberg” agentliyinin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Tramp jurnalistlərə deyib ki, ABŞ Avropa İttifaqını hədəf alan tariflərlə “çox əhəmiyyətli bir şey edəcək””, – qəzet yazır.
Daha əvvəl Tramp beynəlxalq ticarətdə dollara alternativ yaratmağa çalışdıqları üçün BRİKS ölkələrini 100% tariflərlə hədələmişdi.














