Tramp Apple-ı ABŞ-da istehsal etməyə məcbur etsə, iPhone-un qiyməti üç dəfə artacaqbackend

Apple öz smartfonlarının istehsalını ABŞ-a köçürərsə, iPhone-un qiyməti 3500 dollara qədər arta bilər.

CNN xəbər verir ki, bu qiymət artımı ölkə daxilində istehsal infrastrukturunun yaradılmasındakı çətinliklərlə bağlıdır.

Prezident Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının bəyanatlarına görə, tətbiq edilən tariflər milyonlarla istehsalat işini bərpa etməyə kömək edəcək. Lakin Wedbush Securities-in texnoloji araşdırmalar şöbəsinin rəhbəri Dan Ives bu gözləntiləri real olmayan adlandırıb. O, Asiyada yerləşən mürəkkəb istehsal ekosisteminin yenidən yaradılması zərurəti ilə əlaqədar olaraq, ABŞ-da istehsal edilən iPhone-ların qiymətinin indiki qiyməti 3 dəfə artıra biləcəyini söylədi.

Ives izah etdi ki, ABŞ-da Qərbi Virciniya və Nyu Cersi kimi yerlərdə fabriklərlə təchizat zəncirinin qurulması əhəmiyyətli investisiya tələb edir. Bunun üçün Apple istehsalın ən azı 10%-ni lokallaşdırmaq üçün təxminən 30 milyard dollar və üç il sərf etməli olacaq. Nəticədə, analitik qeyd etdi ki, yeni iPhone-ların qiyməti təxminən 3500 dollar olacaq.