Tramp Avropanı Ukrayna üçün silah alışını artırmağa məcbur etmək istəyirbackend

Tramp administrasiyası Moskva ilə mümkün sülh danışıqları ərəfəsində Avropanı Ukrayna üçün daha çox Amerika silahı almağa sövq etməyə hazırlaşır.

Bu barədə məlumatlı mənbələrə istinadən Reuters məlumat yayıb.

“Bu addım Kiyevin danışıqlarda mövqeyini yaxşılaşdıra bilər”, – nəşr yazır.

Amerika rəsmiləri fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransı zamanı avropalı müttəfiqlərlə silah alışı məsələsini müzakirə etməyi planlaşdırır.

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq agentliklə söhbətində vurğuladı ki, Kiyevə tədarükü Ağ Evin keçmiş rəhbəri Co Baydenin dövründə təsdiqlənmiş silahlar hələ də Ukraynaya çatdırılır.