Tramp Avropanın məhv olduğunu bəyan etdibackend

ABŞ prezidenti Donald Tramp “Politico” nəşrinə müsahibəsində bildirib ki, Avropa NATO ölkələrinin artan hərbi xərcləri və Ukraynaya silah tədarükünün maliyyə xərcləri səbəbindən dağılır.

“Biz [ABŞ] nəyisə göndərəndə NATO onun pulunu ödəyir və mənim anladığım kimi, Ukraynaya verir. Amma Avropa dağılır”, – Amerika lideri bildirib.

Tramp hesab edir ki, Avropa bu axarda davam edərsə, onun bir çox ölkəsi həyatsızlaşacaq.

Bundan başqa, Ağ Ev rəhbəri bəyan edib ki, bəzi Avropa liderləri öz ölkələrini məhv edirlər. O, xüsusən də miqrasiya məsələsini qeyd edib. Trampın sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban bununla uğurla çıxış edir.

“Amma Avropa ölkələrinin çoxu dağılır”, – deyə o, yekunlaşdırıb.