Tramp Avstraliyadakı terror aktından sonra yəhudilərə müraciət edibbackend

ABŞ prezidenti Donald Tramp yəhudi xalqını xarici hücumlardan, o cümlədən yəhudilərin dini mərasimlərinin təhlükəsizliyinə təminat verəcəyini vəd edib. Dövlət başçısı bu barədə Ağ Evin saytında dərc olunan mesajda Hanukka bayramı münasibətilə yəhudilərə müraciətində bildirib.

Siyasətçi vurğulayıb ki, onun administrasiyası bundan sonra da “yəhudi xalqının yanında möhkəm dayanacaq” və hər bir dindarın təqib qorxusu olmadan öz dinini sərbəst şəkildə etiqad etmək hüququnu müdafiə edəcək.

Respublikaçının müraciəti Avstraliyada Hanukka bayramını qeyd edənlərə hücumdan sonra dərc edilib.