ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Floridada tərəfdarları qarşısında çıxış edərkən Ağ Evin hazırkı rəhbəri Co Baydenə bu həftə növbəti debat keçirməyi təklif edib. Bu barədə TASS məlumat yayıb.
“Bu gecə mən rəsmi olaraq Coya [Baydenə] özünü bütün dünya qarşısında satın almaq şansı təklif edirəm. Gəlin bu həftə daha bir debat keçirək ki, yuxulu Co Bayden hamıya prezident ola biləcəyini sübut etsin”, – Tramp bildirib.
Eks-prezident vurğulayıb ki, yeni debatlar moderatorsuz keçirilməlidir. Tədbir mühafizəkar media şirkəti RSBN-nin YouTube kanalında yayımlanacaq.
Mənbə: TASS