Tramp Baydenin narkotik testindən keçirilməsini tələb edibbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp debatdan əvvəl hazırkı Amerika lideri Co Baydendən narkotik testindən keçməsini tələb etmək niyyətindədir. Bu barədə RİA Novosti məlumat yayıb.

“Ölkədəki vəziyyətlə bağlı ünvanlanan müraciətdə o, bütün gücü ilə vuruldu. Düşünürəm ki, biz narkotik testi tələb etməliyik”, – Tramp bildirib.

Qeyd olunur ki, Tramp debatdan əvvəl Baydenə stimullaşdırıcı dərman vurula biləcəyindən qorxur.

Mənbə: RİA Novosti