ABŞ prezidenti Donald Tramp hökumətin bağlanması fonunda oktyabrın 1-də bir sıra fərmanlar imzalamağı planlaşdırır.
Bu məlumat Amerika liderinin cədvəlinə daxil edilib.
“Saat 16:30-da prezident Oval kabinetdə sərəncamlar imzalayacaq”, – cədvəldə deyilir.
ABŞ-da bağlanma oktyabrın 1-nə keçən gecə Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi səbəbindən başlayıb. Sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirir, lakin dövlət qulluqçuları, o cümlədən hərbi qulluqçular maaşsız qalır.