Tramp bir ştatda ilkin seçkilərdən kənarlaşdırıldıbackend

ABŞ-nin İllinoys ştatının məhkəməsi keçmiş prezident Donald Trampı ştatda Respublikaçılar Partiyasının ilkin seçkilərindən kənarlaşdırmaq qərarına gəlib.

Bu barədə İllinoys ştatının məhkəməsindən məlumat verilib.

Dairə hakimi ştatın seçki komissiyasına Trampın martın 19-da keçiriləcək praymerizdən (ilkin seçkilərdən) kənarlaşdırılması barədə göstəriş verib.

Eyni zamanda bildirilib ki, qərarın icrası mümkün apellyasiya şikayəti ilə bağlı martın 1-nə qədər dayandırılıb.

Mənbə: NEWS.ru