Tramp Çin şarının ABŞ üzərində uçmasına icazə verməyəcəyini bildiribbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın kontinental hissəsi üzərində Çin şarının uçmasına icazə verməyəcəyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bu şarla heç nə etməzdim, çünki bu mənim başıma gəlməzdi. Onlar şar göndərməzdilər”, – Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya girmədiyi” kimi Çin də bunu etməzdi.

Mənbə: TASS
İctimai.az