Bədnam maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialların yayılması fonunda ABŞ prezidenti Donald Tramp demokratları bu Milad bayramının onların sonuncusu ola biləcəyi ilə hədələyib.
Bu barədə Ağ Evin Truth Social səhifəsində məlumat verilib.
O, “uduzanların yenə iş başındadır” desə də, bu dəfə onların günahsız dostlarına ciddi ziyan dəyəcək, reputasiyasına xələl gələcək. ABŞ prezidenti əlavə edib ki, təəssüf ki, korrupsiyalaşmış Demokratik siyasət dünyası belədir.
“Sonuncu bayramınızdan həzz alın, Milad bayramınız mübarək!” Tramp yazıb.














