ABŞ prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində deyib ki, Avropa İttifaqı ABŞ-ı qarət edib və onun düşmənlərindən də pis olub.
Amerika prezidentinin sözlərinə görə, Aİ-nin bir sıra ölkələri ABŞ-ı 45 ildir ki, yumşaq və zəif olduğu vaxtda “qoyur”. O, əlavə edib ki, Çin də eyni şəkildə davranıb. Tramp ölkənin milli borcunun 36 trilyon dollardan çox olmasının səbəbini məhz bunu görür.
“Çox vaxt dostlar, sözdə dostlar düşmənlərdən də pis olurlar. “Avropa İttifaqına baxın, bu ölkəyə nə etdilər, onu necə təmizlədilər” dedi.