Tramp deyib ki, o, BMT-nin bir təşəbbüsünə görə “qəzəblənib”backend

Birləşmiş Ştatlar BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) karbon emissiyalarının azaldılması təşəbbüsünü dəstəkləməyəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün TruthSocial sosial media hesabında məlumat verib.

O, təşkilatın oktyabrın 17-də Londonda qlobal karbon vergisi ilə bağlı səsvermə keçirəcəyinə “qəzəbləndiyini” bildirib. Amerika lideri qeyd edib ki, Vaşinqton bu təşəbbüsü “dəstəkləməyəcək” və “heç bir şəkildə ona əməl etməyəcək”.

O, digər ölkələri də səsvermə zamanı bu təşəbbüsə qarşı çıxmağa çağırıb.