Tramp dünyanın biznes elitasını Davosda keçirilən xüsusi qəbula dəvət etdibackend

Reuters agentliyinin biznes mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu (WEF) çərçivəsində qlobal biznes liderləri ilə qapalı görüş keçirəcək.

Trampın Davosa səfərinin 21 yanvar çərşənbə günü baş tutacağı gözlənilir. Həmin gün siyasətçi forumda xüsusi çıxış etməyi, ardınca isə maliyyə sektoru, kriptovalyuta və konsaltinq sahəsindəki qlobal şirkətlərin baş direktorlarının qatıldığı qəbul təşkil etməyi planlaşdırır.

Agentliyin məlumatına görə, Amerika lideri ilə görüşə dəvətnamələr Ağ Ev tərəfindən göndərilib. Lakin gündəm və iştirakçıların siyahısı təqdim edilməyib.

Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində Davosda keçirilir. 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri və 800-dən çox top menecer dəvət olunub.