ABŞ prezidenti Donald Tramp bildirib ki, ukraynalı həmkarı Vladimir Zelenski Moskvaya zərbələr endirmək barədə danışmamalıdır.
“İzvestiya” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərə bildirib.
“O, Moskvanı hədəf almamalıdır” dedi Tramp.
Amerika lideri münaqişənin heç bir tərəfini dəstəkləmədiyinə aydınlıq gətirib.
Tramp bir daha vurğulayıb ki, üç ildir davam edən münaqişədə günahkar o deyil, ABŞ prezidenti postunda onun sələfi Co Baydendir.