ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində yetkinlik yaşına çatmayanların cinsi istismarını təşkil etməkdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynə verilmiş ədəbsiz rəsmdə iştirakı ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırıb.
“Bu mənim imzam deyil və mən bunu demirəm və fəaliyyətimi işıqlandıran hər kəs deyəcək ki, bu mənim dilim deyil. Bu, cəfəngiyyatdır”, – amerikalı lider ədəbsiz rəsmlə açıqcanın müəllifi olması ilə bağlı iddialardan danışarkən deyib.
Həmin ərəfədə Ağ Evin mətbuat katibi Caroline Levitt Trampın Epşteyn üçün çəkdiyi ədəbsiz açıqcanın saxta olduğunu bildirib.