ABŞ prezidenti Donald Tramp fast food şəbəkəsinin keçmiş rəhbəri Endryu Puzderi ABŞ-ın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsinə namizəd göstərib. Bu barədə dövlət başçısı “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Tramp 74 yaşlı Pazderi uğurlu hüquqşünas, iş adamı, iqtisadi şərhçi və yazıçı adlandırıb.
2020-ci ildə Pazder Carl’s Jr. və Hardee’s fast food şəbəkələrinin əsas şirkəti olan CKE Restaurants-ın baş direktoru oldu.
Mənbə: Truth