Tramp İrana məhdud hücum etməyi düşünübbackend

“Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Tehranı nüvə sazişini imzalamağa məcbur etmək üçün İrana qarşı məhdud ilkin zərbə endirməyi nəzərdən keçirir.

Nəşr bildirir ki, “belə bir addım ciddi cavab reaksiyasına səbəb ola biləcək tammiqyaslı hücum kimi qiymətləndirilməyəcək”.

Nəşrin məlumatına görə, əgər İran uran zənginləşdirməsindən imtina etmək tələbini yerinə yetirməkdən imtina edərsə, “ABŞ Tehran rejimini devirməyə yönəlmiş tammiqyaslı kampaniya ilə cavab verəcək”.