Tramp İranda rejim dəyişikliyi iddialarının nəticələrindən danışıbbackend

ABŞ prezidenti Donald Trampın İranda hakimiyyət dəyişikliyi barədə açıqlaması ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə daha da dərindən qarışmasına səbəb ola bilər.

Bu barədə Britaniyanın “Financial Times” nəşri yazır.

“ABŞ-ın rejim dəyişikliyinə təkan verməsi Amerikanın daha dərin müdaxiləsi riskini artıra bilər ki, bu da bir çox demokratların və hətta bəzi respublikaçıların qorxur”, – nəşr yazır.

Məqalədə qeyd edildiyi kimi, ABŞ-ın yüksək səviyyəli rəsmiləri Ağ Evin İranda hakimiyyət dəyişikliyinə can atmadığını bildiriblər.

Eyni zamanda, İranın nüvə obyektlərinə zərbələrdən sonra Tramp bildirib ki, ölkəni “yenidən möhtəşəm” edə bilməsə, oradakı hökumət dəyişə bilər.