ABŞ prezidenti Donald Tramp İsrail parlamenti Knessetdə çıxış etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərini X sosial media saytında Axios-un jurnalisti Barak Ravid sitat gətirib.
Qeyd olunur ki, Tramp baş nazir Benyamin Netanyahunun dəvəti ilə İsrail parlamentində çıxış edə bilər.
“Onlar mənim Knessetdə çıxış etməyimi istəyirlər və əgər onlar belə istəyirlərsə, mən bunu mütləq edəcəm”, – Ağ Ev rəhbəri deyib.