Tramp jurnalistlərin qarşısına biləyində sarğı ilə çıxıbbackend

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp biləyinə sarğı taxaraq jurnalistlərin qarşısına çıxıb.

Ağ Ev rəhbəri Floridadan ABŞ paytaxtına uçan təyyarədə jurnalistlərə danışıb. Trampın sağ əlində düzbucaqlı, ət rəngli sarğı görünürdü.

Dekabrın 1-də Tramp jurnalistlərə MRT-dən keçdiyini bildirib. O, hansı orqanın müayinə olunduğunu açıqlamayıb, “heç bir fikrim yoxdur”.