ABŞ prezidenti Donald Tramp, Amerika vətəndaşları körpünün 50/50 payına sahib olana qədər Kanada və Miçiqan arasındakı Qordi Hou körpüsünün açılışını dayandıracağını açıqladı.
Ağ Ev rəhbəri bu barədə TruthSocial sosial media platformasında məlumat verdi.
“Danışıqlara dərhal başlayacağıq. Onlara təqdim etdiyimiz hər şeyi nəzərə alsaq, bu aktivin ən azı 50/50 hissəsinə sahib olmalıyıq. Kanadanın ABŞ bazarından əldə edəcəyi gəlir astronomik olacaq”, – Tramp vurğuladı.















