Britaniyanın “İndependent” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintonu sonuncu “şüşə tavanını” sındıra bilmədiyi üçün ələ salıb.
Tramp Pensilvaniya səfərindən əvvəl dekabrın 9-da vitse-prezident J.D.Vansın bayram qəbulunda çıxış edib və burada iqtisadiyyatı müzakirə edib.
“Bir gün şüşə tavanı sındıran bir qadınımız olacaq. Bunu Hillari Klinton edəcəkdi” deyən Tramp, Klintonun ABŞ-ın ilk qadın prezidenti ola biləcəyinə işarə vurdu.














