ABŞ-da qanunsuz kubalı miqrant Dallasda ailəsinin gözü qarşısında bir kişinin başını kəsib.
Bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Dövlət başçısının sözlərinə görə, o, Dallasda hörmətli şəxs olan Çandra Naqamallainin Kubadan olan qeyri-qanuni miqrant tərəfindən ailəsinin gözü qarşısında başını kəsərək amansızlıqla qətlə yetirilməsi barədə məlumat alıb.
Tramp vurğulayıb ki, kubalı ABŞ-da ümumiyyətlə olmamalı idi, çünki o, əvvəllər uşaqlara qarşı cinsi istismara və avtomobil oğurluğuna görə həbs edilib, lakin ona “səriştəsiz” keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən ölkəyə qayıtmasına icazə verilib.