Tramp KXDR ilə hipotetik münaqişənin həlli imkanlarını qiymətləndiribbackend

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə hipotetik münaqişəni həll edə biləcəyinə inanır.

“İnterfaks” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Münaqişə yaranarsa… Mən onunla çox, çox yaxşı anlaşıram və biz Şimali Koreya ilə münaqişənin həllinə nail olacağıq”, – Amerika lideri Vaşinqton və Pxenyan arasında rabitə kanallarının bərpası məsələsi ilə bağlı məktubun hazırlanması barədə xəbərləri şərh edərkən deyib.

Tramp əlavə edib ki, Kim Çen Inla “həqiqətən yaxşı münasibət” var.