Tramp Lukaşenkoya müraciət edərək ona təşəkkür etdibackend

ABŞ Prezidenti Donald Tramp Belarusdakı məhbusları əfv etdiyinə görə belaruslu həmkarı Aleksandr Lukaşenkoya TruthSocial sosial media platformasında təşəkkür edib.

O, Lukaşenko tərəfindən “səxavətlə azad edilən” məhbusların ümumi sayının 2025-ci ilin may ayından bəri “500-ü keçdiyini” bildirib.

“Bu addıma görə Prezidentə ən səmimi minnətdarlığımı bildirmək istəyirəm və Sülh Şurasının növbəti iclasında onunla görüşməyi səbirsizliklə gözləyirəm!”, – deyə Amerika lideri yazıb.