Tramp mühüm qərarları sosial mediaya köçürdüyünə görə “rəqəmsal prezident” adlandırılıbbackend

ABŞ prezidenti Donald Trampı rəqəmsal texnologiyalara xüsusi diqqət yetirdiyinə və mühüm qərarların qəbulu prosesinin sosial şəbəkələrə ötürülməsinə görə “rəqəmsal prezident” adlandırmaq olar.

Ekspert qeyd edib ki, Amerika lideri ənənəvi siyasi institutların üzərindən addımlayır, formalaşmış beynəlxalq siyasətin əsaslarını məhv edir.

Xüsusilə, Tramp bürokratiya, diplomatlar və ənənəvi media üzərindən addımlayır və birbaşa abunəçilərinə – bütün ölkələrdə sosial media istifadəçilərinə müraciət edir, Tsvetkaova qeyd edib. Onun fikrincə, siyasətçi bu cür üsullarla 19-cu əsrdə yaranmış ənənəvi beynəlxalq siyasətə və diplomatiyaya zərbə vurur.