ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutteyə İrana qarşı ABŞ əməliyyatını dəstəklədiyinə görə təşəkkür edib. Amerika lideri bunu sosial media platforması TruthSocial-da yazıb.
Rutte daha əvvəl Newsmax-a verdiyi müsahibədə NATO-nun İrana qarşı ABŞ əməliyyatında kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsini tətbiq edə biləcəyini bildirmişdi. O, Yaxın Şərqdə gərginliyin artması ilə NATO üzvlərinin öz ərazilərini müdafiə etməyə hazır olduqlarını vurğulayıb.
Tramp Ruttenin müsahibəsinə keçid əlavə edərək yazıb: “Gözəl NATO baş katibimizə təşəkkür edirəm”.















