Tramp neft satmaq planlarını açıqladıbackend

ABŞ prezidenti Donald Tramp neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə ABŞ-ın Rusiya və Çinə neft satmağa hazır olduğunu bildirib.

“Çin bizdən istədiyi qədər neft ala bilər, ya orada, ya da ABŞ-da. Rusiya ehtiyac duyduğu bütün nefti bizdən ala bilər. Bəli, onlar nefti sevirlər, baxmayaraq ki, onu özləri çox miqdarda istehsal edirlər”, – deyə Amerika prezidenti bildirib.

O, ABŞ-ın “demək olar ki, dərhal iş üçün açıq olacağını” aydınlaşdırıb.

Bir gün əvvəl Financial Times qəzeti ABŞ neft şirkətlərinin nümayəndələrinə istinadən bildirib ki, Trampın Venesuelanın neft sektoruna nəzarəti ələ keçirmək cəhdi şist nefti hasilatını təhlükə altına ala bilər.