ABŞ Prezidenti Donald Tramp özünün Truth Social səhifəsində bildirib ki, Tehrandan gələn nüvə təhdidi aradan qaldırıldıqdan sonra neft qiymətləri sürətlə aşağı düşəcək.
Ağ Ev rəhbəri neft qiymətlərinin son artımını qısamüddətli adlandıraraq vurğulayıb ki, neft qiymətlərinin kəskin şəkildə artması ABŞ-da və dünyada təhlükəsizlik və sülh üçün ödəniləcək çox kiçik bir qiymətdir.
Martın 9-da Londonun ICE birjasında Brent markalı xam neftin 2026-cı ilin may ayı üçün çatdırılmasının qiymətinin təxminən 19% artdığı bildirilib. Bakı vaxtı ilə saat 02:15-ə olan məlumata görə, neftin qiyməti 2022-ci ilin iyul ayından bəri ilk dəfə 111,40 dollardan satılıb.










