Tramp Nobel Sülh Mükafatına namizəd olub.backend

İspaniyanın “Pais” qəzeti Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Nina Qregerə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.

Jurnalistlərin məlumatına görə, builki Nobel Sülh Mükafatına 338 namizəd təqdim edilib: 244 fiziki şəxs və 94 təşkilat.

Paisin sözlərinə görə, rəsmi siyahı dərc edilməsə də, Nobel Komitəsinə məsləhət verən PRIO-nun direktoru namizədlər arasında Trampın da olduğunu təsdiqləyib.