Tramp öz administrasiyası dövründəki inflyasiyanı Baydenin dövründəki inflyasiya ilə müqayisə edibbackend

ABŞ Prezidenti Donald Tramp özünün Truth Social sosial media səhifəsində iddia edib ki, ABŞ-da yaşayış xərcləri və inflyasiya hazırda sələfi Co Baydenin hakimiyyəti dövründə olduğundan daha aşağıdır.

Ağ Ev rəhbəri vurğulayıb ki, “Yuxulu Co Baydenin hakimiyyəti dövründə malların dəyəri və inflyasiya indikindən daha yüksək idi. Əslində, qiymətlər əsasən benzin və enerji hesabına sürətlə düşür”.

ABŞ liderinin sözlərinə görə, Demokratların mal və xidmətlərin əlçatanlığı ilə bağlı iddiaları yalandır, çünki 2025-ci ildə ABŞ-da Şükranlıq günü xərclərinin ötən ilə nisbətən 25% aşağı olacağı gözlənilir.