Tramp öz məhkəməsində hakimi ittiham edirbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəməsində hakimi ABŞ prezidenti Co Baydenin oğlu Hunterlə əlaqədə olmaqda ittiham edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Trampın sözlərinə görə, onun işinin hakimi Tanya Çutkan əvvəllər Hunter Baydenin keçmiş işəgötürənlərindən olan Ukraynanın enerji şirkəti Burisma-ya xidmət edən hüquq firması ilə əlaqəli olub.

O qeyd edib ki, Çutkanın “… enerji şirkəti Burisma üçün işləyən hüquq firması ilə … əlaqələri var idi, burada Hunter Bayden idarə heyətinin fəxri üzvü idi”.

Məmbə: RİA Novosti