Tramp Qəzza ilə bağlı “Sülh Şurası”nın yaradıldığını bildiribbackend

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə edəcək “Sülh Şurası”nın yaradıldığını elan etdi. O, bu barədə Truth Social-da yazıb.

Tramp “Sülh Şurası”nın sədri olaraq yeni təyin olunmuş Fələstin texnokratik hökumətini dəstəklədiyini vurğulayıb.

O, əlavə edib ki, Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS ilə hərtərəfli silahsızlaşdırma razılaşması əldə ediləcək. Buraya bütün silahların təhvil verilməsi və bütün nəqliyyat tunellərinin sökülməsi daxildir.

Bundan əvvəl ABŞ İsrail və Suriya sərhədində silahsızlaşdırılmış iqtisadi zona yaratmağı təklif etmişdi. “Axios” mənbələrə istinadən bildirib ki, ABŞ tərəfi bu təşəbbüsü çərşənbə axşamı Parisdə keçirilən danışıqlar zamanı elan edib. Müzakirəyə Suriya üzrə xüsusi nümayəndə Tom Barrak, Prezident Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və Ağ Evin kürəkəni Cared Kuşner qatılıb.